EBRD “Bank Respublika”nı “Azərbaycanda ən fəal emitent-bank” elan edib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Bank Respublika” ASC-ni Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində 2022-ci il üzrə ticarətin maliyyələşdirilməsi sahəsində “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüb.

Mükafat EBRD-nin Rəhbərlər Şurasının mayın 16-da Özbəkistanın Səmərkənd şəhərində keçirilmiş illik iclası zamanı – təntənəli mərasimdə təqdim olunub.

Bu mükafat EBRD və “Bank Respublika” arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinə dəlalət edir. Bu bir daha təsdiq edir ki, Bank Respublika ölkəmizdə sahibkarlığa dəstək missiyasını uğurla həyata keçirir, bunun da mühüm hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir.

Tədbirdə 73 dövlətdən 2 mindən çox qonaq, o cümlədən xarici dövlətlərin nümayəndələri, transmilli korporasiyaların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və bankların rəhbərləri iştirak edir.

“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Müsbət” proqnozlu “B3” reytinqinə (Moody’s) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir