Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım ayırıb
Dünya Bankı (DB) Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 610 milyon dolların ayrılmasını təsdiqləyib.
“Turanın səsi” xəbər verir ki, bu barədə çərşənbə axşamı təşkilatın saytında məlumat verilib.
“Dünya Bankı Qrupu bu gün davam edən müharibə şəraitində Ukraynaya kömək və yenidənqurma səylərini gücləndirmək üçün layihələri özündə əks etdirən yeni maliyyə paketini elan edib”, – açıqlamada bildirilir.
Paket, xüsusilə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 500 milyon dollar (ABŞ) kreditin verilməsini nəzərdə tutur, məbləğ Britaniyanın zəmanəti ilə veriləcək. Dünya Bankında hesab edirlər ki, bu vəsait, “Ukrayna hökumətinə uşaq və ailə müavinətlərinin, dövlət qulluqçularının maaşlarının və kommunal xərclərin ödənilməsi ilə bağlı xərcləri ödəməyə kömək edəcək”.
“Dünya Bankı, həmçinin Ukraynaya səhiyyə xidmətinə çıxışın bərpası və yaxşılaşdırılması üçün yeni layihə ilə dəstək verəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09