Bu şəxslərin pensiyaları ARTACAQ – RƏSMİ AÇIQLAMA

0

“Əmək pensiyaları haqqında” qanuna ediləcək yeni dəyişikliklər Milli Məclisin sonuncu plenar iclasında 2-ci oxunuşda qəbul olunub. Bu dəyişikliklərlə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır.

Turanın səsi ” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq”.

Deputat qeyd edib ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək.

“Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir