Bu il azad edilmiş torpaqlara nə qədər vəsait xərclənəcək?
İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən quruculuq işlərinə bu günə qədər 17,5 milyard manata yaxın vəsait xərclənib.
“turaninsesi.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu ilin sonuna qədər bu rəqəmin 19 milyard manata çatdırılması nəzərdə tutulur.
O qeyd edib ki, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.