Belçika İnvestisiya Fondu “Bank Respublika”ya subordinasiyalı kredit təqdim edib
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri – “Bank Respublika” ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bu dəfə Bank Belçikanın “Incofin CVSO” İnvestisiya Fondu ilə iriməbləğli və uzunmüddətli subordinasiyalı kreditin verilməsi haqqında saziş imzalayıb.
Bu, beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir. Cəlb edilən vəsait real sektorun, xüsusilə də Bankın fəaliyyət strategiyasında əsas hədəf olan mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində, cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaq.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (“KfW” və “SIDT” bank qrupunun üzvü) və “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Müsbət” proqnozlu “B3” reytinqinə (“Moody’s”) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI