Balakəndə dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanılıb

0

Balakən rayonunda dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanılıb.

Turanın səsi xəbər verir ki , bu barədə mətbuata rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir