“Azərkosmos”un mənfəəti kəskin azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.

Turanın səsi ”  Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10,2 dəfə azdır.

Ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərdən gəlirləri 49,548 milyon manat (əvvəlki ilə nisbətən 14,3 % az), xidmətlərinin maya dəyəri 45,137 milyon manat (10,6 % az), ümumi və inzibati xərcləri 14,393 milyon manat (41 % çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 1,451 milyon manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 7,393 milyon manat (5,7% az), maliyyə xərcləri 15,233 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 7,726 milyon manat (37,3 % az), digər gəlirləri isə 10,074 milyon manat (32,7 % az) təşkil edib. Agentlik mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 508,615 milyon manat olub ki, bu da illik müqayisədə 8,3 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 30,6 % azalaraq 362,062 milyon manata düşüb, balans kapitalı isə 4,5 dəfə artaraq 146,554 milyon manata, o cümlədən nizamnamə kapitalı 61 % artaraq 272,606 milyon manata çatıb.

Xatırladaq ki, Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən “Azərkosmos” ASC-nin bazasında yaradılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir