“Azərkosmos” “Azerspace-2” peykini 865 min manata sığortalatdırıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin 1 illik sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Turanın səsi” dövlət satınalmalarının vahid interner portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.
Qalib şirkətə 865 min manat ödəniləcək.