Azərbaycanda banklar ödəyiciyə dərhal bildiriş verməli olacaq
Azərbaycanda banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar.
“Turanın səsi ” xəbər verir ki, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, banklar ödəyici tələb edərsə, ona tapşırığın icrası haqqında bildiriş verirlər.
10 : 05
Azərbaycanda banklar müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalı olacaqlar, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
“Turanın səsi ” xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə görə isə banklar müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və yaxud bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI