Azərbaycanda 7 bağlanmış bankın əmlakları hərraca çıxarılır

0

Dekabrın 28-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz, “NBC Bank”, “AGBank”, “Atabank”, “Zamin Bank”, “Amrah Bank” ASC-lərin və “Bank Standard” QSC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Turanın səsi”  xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Texnika Bank”a məxsus Quba rayonunun Aşağı Xuç kəndində yerləşən 2,4 hektarlıq torpaq sahəsindən, “NBC Bank”a məxsus 1 ədəd dəmir seyfdən, yenə də bu banka məxsus 21 ədəd kompüter avadanlığından, “AGBank”a məxsus 13 kompüter avadanlığından, “Atabank”a məxsus 20 kompüter avadanlığından, “Zamin Bank”a məxsus 17 kompüter avadanlığından, “Amrah Bank”a məxsus 45 kompüter avadanlığından və “Bank Standard”a məxsus 34 kompüter avadanlığından gedir.

Əmlaklara müvafiq olaraq 15 000 manat, 1 800 manat, 2 485 manat, 2 505 manat, 1 690 manat, 2 625 manat, 14 146 manat və 5 455 manat qiymət qoyulub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir