Azərbaycana işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı ödəyəcək
Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqının alınması nəzərdə tutulur.
“Turanın səsi ” xəbər verir ki, bu, “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.