Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirib
Azərbaycan və Dünya Bankı arasında ikitərəfli əməkdaşlığın prioritetləri nəzərdən keçirilib.
“Turanın səsi ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini – qurumun hazırladığı Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələrini və COP29 tədbiri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə o qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI