Xalq artisti Əhməd Bakıxanovun məzarı ziyarət olunub

0

Bu gün Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyi ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.

Turanın səsi ” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, sənətkarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Bakıxanovun oğlu, Xalq artisti Tofiq Bakıxanov atası ilə bağlı xatirələrini bölüşüb: “Atama Əhmədxan deyərdilər. O, elə bir dövrdə yaşayıb ki, Üzeyir Hacıbəyli, Müslüm Maqomayevlə sıx dostluq əlaqələri olub. Atam yazdığı bütün muğamları, təsniflərini aparıb Üzeyir Hacıbəyliyə göstərərdi”.

Daha sonra çıxış edənlər Ə.Bakıxanovun ömür yolundan, yaradıcılığından danışıblar, xatirələrini bölüşüblər, onun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Əhmədxan Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib (1930-1973). Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (1931-1973) olub.

Ə.Bakıxanov 1973-cü il martın 26-da Bakıda vəfat edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir