VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub

0

1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 78-ci sessiyasının sənədi kimi dərc olunub.

Bu barədə “Turanın səsi” nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs kimi yüksək qiymətləndirilib. Bu, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.
Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli qonaqlar və mütəxəssislər iştirak ediblər. Forumda 4 plenar sessiya və aktual mövzularda 12 panel təşkil olunub. Forumun bir sıra panelləri Şuşada və Ağdamda da keçirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir