Şuşanın tarixinə dair yeni kitab çap olunub

0


Azərbaycan Milli Kitabxanasında (AMK) “Şuşa İli”nə həsr olunan “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” kitabı nəşr olunub.

Turanın səsi ” ranınxəbər verir ki, layihə rəhbəri və ön sözün müəllifi AMK-nın direktoru, professor Kərim Tahirov, tərcümə və şərhlərin müəllifləri tarixçi-alimlər Elnur Nəciyev və Ədibə İsmayılova, nəşrin redaktoru isə Günay Nəciyevadır.

Əsər Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən materiallardan seçmələrdən, onların tərcümə və şərhindən ibarətdir. Əsərdə Şuşada keçirilən məhərrəmlik mərasimindən, 1905-1906-cı illərdə ermənilərin türk-müsəlman əhalisinə qarşı Şuşada törətdiyi soyqırımlardan, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdikləri vəhşiliklərdən, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan və başqa maraqlı məlumatlardan bəhs olunur

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir