Məşhur tarzən Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230513_182455.jpg)
Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI