Mədəniyyət Nazirliyində Xorvatiya nümayəndə heyəti ilə görüş keçirilib

0

Mədəniyyət naziri Adil Kərimli fevralın 19-da ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyində siyasi məsələlər üzrə dövlət katibi (nazir müavini) Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Turanın səsi” nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Görüşdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.
Nümayəndə heyətini salamlayan nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından danışıb. Deyib ki, iki ölkənin rəhbərləri arasında mövcud olan səmimi münasibətlər geniş spektrli faydalı əməkdaşlıq üçün zəmin yaradıb. Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir.
Nazir bu ilin 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağımızı deyib.
Qəbula görə təşəkkürünü bildirən Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın uzun illərdir səmərəli iqtisadi-ticari əlaqələrə sahib olduqlarını diqqətə çatdırıb. Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni mirasımızın tanıdılması üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsi zəruridir.
Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir