Mədəniyyət Nazirliyində Özbəkistan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib

2 avqust 2023-cü ildə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.

Bu barədəTuranın səsi nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Görüşdə ölkələrimizin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilmiş, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.
Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir