Mədəniyyət naziri Anar Kərimov ravvin Mark Şnayerlə görüşüb.

0

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 13-də ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti ravvin Mark Şnayerlə görüşüb.

Görüşdə Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası müzakirə olunub.

Sözügedən qlobal çağırışın bu il ilin may ayında BMT-nin Sivilizasiyalar Alyansında keçirilən təqdimat mərasimi haqqında danışan nazir deyib ki, Mark Şnayev bu layihənin əsas tərəfdaş və spikerlərindən olub. Anar Kərimov bu beynəlxalq çağırışa göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib.

Mark Şnayev mədəniyyətlərarası və dinlərarası dialoqda əməkdaşlıq baxımından Azərbaycanı lider ölkələrdən hesab etdiyini vurğulayıb. O, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir