Azərbaycanın Avroviziya təmsilçiləri səhnə məşqlərinə başlayıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230501_210532.jpg)
Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
“Turanın səsi ” xəbər verir ki , bu barədə İTV-dən məlmat verilib.
Bildirilib ki, təmsilçilər Tural və Turan əkiz qardaşları – TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.