Azərbaycan və daha 6 ölkənin ABŞ-dakı səfirlikləri Novruz mərasimi təşkil ediblər

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın ABŞ-dakı səfirlikləri Novruz bayramını birlikdə qeyd ediblər.

Turanın səsi ” xəbər verir ki , bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Bununla bağlı keçirilən mərasimdə ölkələrin milli musiqisi və rəqsləri ifa olunub. Mərasimdə mədəniyyət nümunələri – xalçalar, musiqi alətləri, milli geyimlər, yeməklər nümayiş etdirilib.

“Novruz insanlar, nəsillər arasında sülh və həmrəylik, barışıq və mehriban qonşuluq dəyərlərini təbliğ edən əcdadların bayramıdır”, – səfirlikdən bildirilib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir