Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindənX “Gəncliyin səsi” Festivalı keçiriləcək

0

Cari ilin 1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.

Bu barədə “Turanın səsi” nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurl. Ölkədə hər bir sahədə gənclərin iştirakı, maraqlı ideyaları dəstəklənir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı, bədii-estetik zövqünün formalaşması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür.

X “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd isə gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir.

Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək. X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas, və modelyerlər yer alacaqlar. Bakıda, Gəncədə, Qaxda, Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Bu ilki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.
Eyni zamanda bu ilki festival çərçivəsində ilk dəfə olaraq aşıq sənətinə həsr olunmuş konsert proqramı baş tutacaq. Tədbirdə aşıq sənəti müxtəlif formalarda dinləyicilərə təqdim olunacaq – ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunacaq.
Gənclər Günü ilə əlaqədar 2 fevral tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bununla əlaqədar 2 fevral tarixində yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

1 fevral, 19.00
Muğam Mərkəzi, Bakı
Aşıq sənətinə həsr olunmuş konsert

2 fevral, 19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Gənc bəstəkarların diplom işlərindən ibarət konsert və gənc rəssamların əsərlərindən ibarət sərgi

2 fevral, 19.00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı
İlqar Fəhminin “Balaca kişilər” tamaşası

2 fevral, 12.00
Gəncə, Qax və Salyan
Gəncə, Qax və Salyan kukla teatrlarında tamaşa və sərgilərin təşkili

2-3 fevral, 17.00
Gəncə Filarmoniyası, Gəncə
Gəncəli gənc rəssamların müəllifi olduğu əsərlərdən ( rəngkarlıq, xalça, qobelen və s.) ibarət sərgi

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir