Əməkdar artist Elxan Qasımov vəfat edib

Azərbaycanın Əməkdar artisti, Elxan Qasımov dünyasını dəyişib.

Bu barədə “turanın səsi ” nə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub .

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.

Allah rəhmət eləsin!

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir