Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.

Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ

AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ

NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09