Yekaterinburqda saxlanılmış azərbaycanlıların işi üzrə məhkəmə başladı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəməsi başlayıb.

turaninsesi.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmə onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı – publisist və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşları öldürülüb. Daha bir neçə nəfər saxlanılıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI