Yasamalda tikintidən 20 min manatlıq oğurluq edildi

Yasamal rayonu ərazisində yerləşən tikintilərin birindən 20 min manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, orada çalışan 32 yaşlı E.Cabbarov və 27 yaşlı S.Nəsirov müəyyən olunaraq saxlanılıblarBundan başqa, Xəzər rayonu ərazisində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 3500 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmənin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI