Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxslər saxlanılıblar

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşlar 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, həmin şəxslərin kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.