Xətai rayonunda sentyabr ayı ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb

0

Xətai rayonunda sentyabr ayı ərzində həyata keçirilən
əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan 112 nəfər saxlanılıb onlar barəsində cinayət işləri başlanılıb

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri, Məhəmməd Hadi küçəsi, Gəncə prospekti və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün əvvəllər məhkum olunublar. Həmin şəxslərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri onlayn yolla şəxsi istifadələri ilə yanaşı Xətai rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb.
Ümumiyyətlə sentyabr ayı ərzində Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb və onlar barəsində cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

04 oktyabr 2022-ci il


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir