Videosu yayılan həkimin oğlu həbs edildi

Beyləqanda həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.
“turaninsesi.az” DİN-ə istinadla xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.
Həkim rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.
F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.
“Qafqazinfo”nun yaydığı xəbərə görə, Fuad Quliyev bir müddət əvvəl intim videosu yayılan Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğludur..
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI