Ucarda evdən çürüməyə məruz qalmış meyit aşkarlanıb
Ucarda evdən çürüməyə məruz qalmış meyit aşkarlanıb.
“Turanın səsi ” xəbər verir ki, meyitin rayonun Qazıqumlaq kənd sakini, 1954-cü il təvəllüdlü Cəbrayılova Gülmira Molla qızına məxsus olduğu müəyyən edilib.
İlkin araşdırma zamanı məlum olub ki, Gülmira Cəbrayılova uzun illərdən bəri ürək xəstəliyindən əziyyət çəkib, həmçinin hadisə yerinə baxış zamanı müxtəlif növdən olan dərman preparatları aşkar edilib.