Ucarda 1 tondan artıq çətənə kolu məhv edilib
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Şahlıq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.
Ümumi çəkisi 1 ton 50 kiloqram olan 872 ədəd çətənə kolu məhv edilib.
Arzu Paşaqızı