Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanıldı
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
“turaninsesi.az ” xəbər verir ki, S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun üzərindən və yaşadığı ünvandan satış məqsədilə əldə etdiyi, çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Arzu Paşaqızı