Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir
Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir.
Bu barədə “Turanın səsi ” nə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI