Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib
Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləqlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.
Araşdırmalar davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09