Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və Namiq Məhərrəmov saxlanılıblar.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Onlardan ümumilikdə 1 kiloqram marixuana və heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI