Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “turaninsesi.az” verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

⤵️

Arzu Paşaqızı