Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik aşkarlanıb 

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan Neftçala rayon sakinindən narkotik aşkarlanıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənovu saxlayıb. Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Turac quşu və çöl dovşanı götürülüb.

Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir