Sabunçu rayonu Balaxanı qəsəbəsində “Milli Ön”
ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar

0

Sabunçu rayonu Balaxanı qəsəbəsində “Milli Ön”
ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar

Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Sabunçu rayonu Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11 oktyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir