Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.


Faktlar üzrə Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir