Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb .
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elan Bayramov saxlanılıb.Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 114 ədəd çətənə kolu və şitili aşkar edilərək götürülüb.Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09