Sərhəddə 8 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Fevralın 14-də saat 23:05-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DİN-lə birgə keçirilmiş əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Əbdülnasir Nurzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Sadıq Alıkişiyev saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI