“Səndən Allaha şikayət edəcəyəm” – 135 minlik dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Yadigar Ramiz oğlu Bilalovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

turaninsesi.az” -ın məlumatına görə, Yadigar Bilalovun məhkəmə prosesində sənədlərin tədqiqi zamanı təqsirləndirilənin əvvəllər məhkum olunmadığı üzə çıxıb. Zərərçəkmiş İlqar İbrahimovun 95 min manat ziyanından hər hansı məbləğ ödənilmədiyi, digər zərərçəkən Xuraman Məmmədovaya isə 44 min 750 manat ziyandan 4 min manat ödənildiyi məlum olub. İttihama görə, Yadigar Bilalov 3.5 kq qızıl-zinət əşyalarını Türkiyədən gətirmək məqsədilə Xuraman Məmmədovadan yuxarıda sadalanan məbləği alıb.

Təqsirləndirilən Yadigar Bilalov son söz çıxışında belə bir ifadə işlədib: “İlqar, sən məndən polisə şikayət edə bilərsən, mən isə səndən Allaha şikayət edəcəyəm. Mənim azadlıqda kifayət qədər alacağım var. Himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Qardaşım da hərbi xidmətdə vəfat edib. Altı övladı olan ailəyə tutulana kimi yardım etmişəm. Mən pulu ödəmək istəyirəm”.

Cinayət işində iki nəfər – İlqar David oğlu İbrahimov və Xuraman Mədət qızı Məmmədova zərərçəkmiş kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44 750 manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızıl alveri ilə məşğul olub. Zərərçəkmiş şəxslər də elə qızıl alverçiləri olublar.

Hakim məhkəmə istintaqının bitməsini elan edərək çıxış üçün dövlət ittihamçısı Tural Yaqubova söz verib. Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Yadigar Bilalovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs İlqar İbrahimov zərərçəkmiş şəxslə barışmadığını, onun 2 milyon manatdan yuxarı məbləği harada gizlətdiyini bilmək istədiyini məhkəmənin nəzərinə çatdırıb. Digər zərərçəkən Xuraman Məmmədova isə Yadigar Bilalovla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.

Çıxışlardan sonra hakim hökmü elan edib. Hökmə əsasən, Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir