Ramiz Mehdiyev DÖVLƏTƏ XƏYANƏT maddəsi ilə ittiham olunur

Ramiz Mehdiyevin ittiham edildiyi maddələr açıqlanıb.

turaninsesi.az” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Arzu Paşaqızı