Quldurluq cinayətləri edən ümumilikdə 32 nəfər saxlanılıb

0

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 2022-ci ilin dekabr ayı ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, quldurluq cinayətləri edən ümumilikdə 32 nəfər saxlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Həmin şəxslərdən 19-u narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 18-i barəsində məhkəmə tərəfindən həbs, 1-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkilərdə psixotrop maddə olan metamfetamin, tiryək, heroin və marixuana çıxarılıb.


Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən oğurluqlar edən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarını ələ keçirən 1, vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan 2, soyğunçuluq və quldurluq edən 3, hədə-qorxu ilə pul tələb edən 2 nəfər, axtarışda olan 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir