Qonaq olduğu evdən 12 minlik qızıl oğurlayan şəxs saxlanılıb.

Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərindən qızıl-zinət əşyaları və hesabında 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, araşdırmalarla pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI