“Qırmızı Körpü”də Türkiyədən dərman gətirilməsinin qarşısı alındı

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

turaninsesi.az ” xəbər verir ki, “Qırmızı Körpü”də Türkiyədən gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı