Qazaxda 8 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 7 ton 780 kiloqram olan, çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI