Qaxda 32 min manatlıq dələduzluq

Qaxda vətəndaşların 32 min manatını dələduzluqla ələ keçirən şəxs saxlanılıb.

DİN-dən “turaninsesi.az“-a verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38 yaşlı Ədalət Abdullayev saxlanılıb.

O, zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32 min manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir