Qəbələ rayon sakinlərindən 10 tüfəng götürülüb

0

Qəbələ rayon sakinlərindən 10 tüfəng götürülüb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd ov tüfəngi aşkar edilib. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir