Prokurorluq Şəkidə məktəbdə zəhərlənmə faktını araşdırır


Şəki rayonunun Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin – 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Turanın səsi ” xəbər verir ki , bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir